Messi: “Barselona”ya qayıtmaq istəyərəm”

Messi: “Barselona”ya qayıtmaq istəyərəm”

Fransa PSJ-sinin argentinalı ulduzu Lionel Messi “Barselona”ya qayıtmaq istəyindədir. O, İspaniya təmsilçisinə futbolçu deyil, klub rəsmisi kimi dönmək arzusundadır. Bunu cənubi amerikalının özü açıqlayıb:

“Nə vaxtsa “Barselona”ya qayıtmaq istəyərəm. Həmişə demişəm ki, kluba kömək etmək və faydalı olmaq istəyirəm. Mən nə vaxtsa idman direktoru olmaq arzusundayam. Bunun “Barselona”, ya başqa klubda olacağını bilmirəm. Amma imkan olsa, “Barselona”ya qayıtmaq, klubun inkişafına öz töhfəmi vermək istəyirəm. Çünki bu klub sevdiyim və qalib gəlməkdə davam etməsini, dünyanın ən yaxşılarından biri kimi qalmasını istədiyim komandadır”.

ETOPAZ

Əvvəlki yazı

Ceyms Harden Larri Berdə çatdı

Növbəti yazı

Dominik Tim “Top-10”dan kənar qaldı