Messi Argentina yığmasına dəvət almadı

Messi Argentina yığmasına dəvət almadı

Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsi oyunlarına heyəti açıqlanıb. Komandanın superulduzu Lionel Messi dəvət almayıb.

Baş məşqçi Lionel Skaloni 28 nəfərlik heyətdə Messiyə yer verməyib. Ulduz futbolçu Çili və Kolumbiyaya qarşı görüşlərdə forma geyinməyəcək. “İnter Mayami”də çıxış edən hücumçunun yığmadan kənarda qalması səbəbi ilə bağlı açıqlama verilməyib. Messi bir neçə ay əvvəl Amerika kubokunda qazanılan qələbədən sonra yığma karyerasını başa vura biləcəyini bildirmişdi.

Qeyd edək ki, Argentina sentyabrın 6-da Çili, 10-da isə Kolumbiya ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır”

Növbəti yazı

A Seriyasında 5-ci