A Seriyasında 5-ci
“Atalanta” A seriyasına qələbə ilə başlayıb. Berqamo təmsilçisi 1-ci turda “Leççe”ni 4:0 hesabı ilə darmadağın edib.
Bununla da Can Pyero Qasperininin “Atalanta”nın baş məşqçisi postunda topladığı xal sayı 550-ni keçib. Berqamolular artıq onun rəhbərliyi altında 552 xal yığıb.
Qasperini eyni klubdakı xal sayında A seriyasının 5-cisidir. Covanni Trapattoni “Yuventus”la 770 xal toplayıb. Massimiliano Alleqri eyni klubda 663, Karlo Ançelotti “Milan”da, Elenio Errera “İnter”də hərəyə 557 xala sevinib.