Messi 1 milyarddan imtina edib

Messi 1 milyarddan imtina edib

Lionel Messi haqda daha bir xəbər yayılıb. Onun Səudiyyə Ərəbistanından aldığı təklifin üstü açılıb.

“Əl Hilal” Argentina millisinin kapitanına illik 1 milyard avro ödəməyə razı olub. Asiya təmsilçisinin 2023-cü ilin yayında Argentina millisinin hücumçusuna ağlasığmaz təklif göndərdiyi iddia olunur. Ərəblər bu məqsədlə yayda şəxsi təyyarə ilə Parisə uçublar. Onlar 36 yaşlı futbolçu ilə şəxsən görüşərək təklifi Messinin özünə deyiblər. 

Həmin vaxt PSJ-dən yeni ayrılan futbolçu ailəsinin etirazını nəzərə alaraq Səudiyyə Ərəbistanına getməyə razılaşmayıb. Sonradan ABŞ-a köçən Lionel bu ölkənin “İnter Mayami” klubunda oynamağa razı olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.11.2023

Növbəti yazı

“Qarabağ”ın matçının hakimləri açıqlandı