“Memfis”in tarixində ilk

“Memfis”in tarixində ilk

Cam Morent “Memfis”in tarixinə düşüb. O, ardıcıl 5 oyunda 30 və ya daha çox xal toplayan ilk basketbolçu olub.

Ca “Yuta” ilə matçda 30 xal, 10 ribaund və 10 ötürməyə imza atıb. Bu görüşdə onun komandası 119:109 hesabı ilə qalib gəlib.

22 yaşlı müdafiəçi “Qirzlis”in tarixində ən çox tripl-dabl edən ikinci oyunçudur. Buna 4 dəfə nail olan Morent yalnız Mark Qazoldan geri qalır. İspaniyalı 5 dəfə tripl-dabl müəllifi olub.

ETOPAZ

Əvvəlki yazı

Traore “Barselona”da

Növbəti yazı

“Everton” van de Bekin icarəsini razılaşdırdı