“Memfis”dən yeni rekord

“Memfis”dən yeni rekord

“Memfis” ardıcıl 11-ci qələbəsini qazanıb. Bu, “Minnesota” ilə matça təsadüf edib.

“Qrizlis” 116:108 hesabı ilə qalib gəlib. Bu, klub tarixində yeni rekorddur.

“Memfis” NBA tarixinə 11 və daha çox qələbə qazanan ən gənc komanda kimi düşüb. Oyunçuların meydanda olduğu dəqiqələrin hesablanmağa başladığı 1951/52 mövsümündən indiyədək heç bir komanda gənc yaşında belə seriya yaşamayıb.

“Qrizlis”in orta yaş həddi 24,2-dir. Bunadək rekord “Boston”a məxsus idi. 2017/18 mövsümündə seriyaya imza atan komandanın orta yaşı 24,8 olub.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl ikinci dəfə ən yaxşı

Növbəti yazı

Günün kuponu – 15.01.2022