Meksika və ABŞ DÇ-2022-də

Meksika və ABŞ DÇ-2022-də

DÇ-2022-nin final mərhələsində iştirak edəcək daha iki komanda bəlli olub. Meksika və ABŞ milliləri Qətərdəki mundiala vəsiqə qazanıb.

Bu, KONKAKAF zonası üzrə seçmə mərhələnin son turunda rəsmiləşib. Salvador üzərində 2:0 hesablı qələbə qazanan Meksika yığması dünya çempionatında oynamaq hüququ əldə edib. ABŞ millisi ən yaxın izləyicisi Kosta-Rikaya 0:2 hesabı ilə uduzub. Bu nəticədən sonra komandalar eyni xala malik olsa da, əlavə göstəricilərdəki üstünlük ABŞ-ı mundiala daşıyıb.

Kosta-Rika isə 4-cü yerin sahibi kimi qitələrarası pley-offda oynayacaq. Onların rəqibi Okeaniya zonasının qalibi Yeni Zelandiya olacaq. Bu matç iyunda təşkil ediləcək.

Bununla da DÇ-2022-də iştirakı dəqiqləşən komandaların sayı 29-a çatıb. Son üç vəsiqə iyunda baş tutacaq pley-off matçlarında sahibini tapacaq.

ETOPAZ

Əvvəlki yazı

Jiru Anri ilə fərqi 3-ə endirdi

Növbəti yazı

Badosa oyunu yarımçıq tərk etdi