Medvedevdən imtina
Dünyanın ikinci raketkası Daniil Medvedev Madrid və Romadakı turnirlərdə oynamayacaq. O, hər iki yarışa qatılmaqdan imtina edib.
Buna rusiyalı tennisçinin sağlamlıq durumu səbəb olub. 10 gün öncə əməliyyat olunan Medvedev mayda keçiriləcək yarışları buraxmağa qərar verib.