Medvedev 8-ci oldu

Medvedev 8-ci oldu

Daniil Medvedev “Australian Open”in finalına yüksəlib. Rusiyalı tennisçi yarımfinalda almaniyalı Aleksandr Zverevi 5 setdə məğlub edib.

0:2 hesabı ilə uduzduğu matçda kambek edən Medvedev yekunda qalib gəlib – 5:7, 3:6, 7:6 (7:4), 7:6 (7:5), 6:3. O, Hubert Hurkaçla 1/4 final mərhələsində də 5 setlik matçda qələbə qazanıb – 7:6 (7:4), 2:6, 6:3, 5:7, 6:4.

Rusiyalı tennisçi yarışın tarixinə 1/4 və 1/2 finalın oyunlarında 5 setdə qalib gələn 8-ci iştirakçı kimi düşüb. Marvin Rouz 1963, Aleks Olmedo 1959, Dik kreali 1970, Con Nyukomb 1970, Stiv Denton 1982, Marat Safin 2004 və Markos Baqdatis 2006-cı ildə bunu bacarıb. Onlardan ikisi – Olmedo və Nyukomb finala ağır yol qət etdikdən sonra çempion tituluna sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz” 3 xalı 3 qolla qazandı

Növbəti yazı

Donçiçdən rekord