Medvedev 20 milyonu arxada qoydu

Medvedev 20 milyonu arxada qoydu

Dünyanın ikinci raketkası Danil Medvedevin qazandığı mükafatların məbləği 20 milyon dolları keçib. Bu, Parisdəki “Masters”də gerçəkləşib. Yarımfinala yüksələn rusiyalı tennisçi daha 122 min dollar qazanacağını təmin edib.

Medvedev bu turnirədək 19 milyon 885 min 705 dollar qazanmışdı. Onun Fransadakı qazancı daha da arta bilər. Danil yarımfinalda almaniyalı Aleksandr Zverevlə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” derbidəki həsrətə son qoydu

Növbəti yazı

Kevin Dyurant zirvədə