Mbappenin keçidinin açıqlanacağı vaxt müəyyənləşdi

Mbappenin keçidinin açıqlanacağı vaxt müəyyənləşdi

İspaniya “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappeni mövsümün sonunda heyətinə cəlb edəcəyinə əmindir. “Kral klubu” Fransa millisinin üzvünün keçidini açıqlayacağı tarixi də müəyyənləşdirib.

Çempionlar Liqasının 1/8 final mərhələsində məhz PSJ ilə qarşılaşacaq İspaniya nəhəngi fransızlarla görüşlərdən sonra 23 yaşlı forvardı rəsmən təqdim etməyi planlaşdırır. Bu komandalar arasında oyunlar gələn il fevralın 15-də və martın 9-da keçiriləcək.

Mbappe bu mövsüm PSJ-nin heyətində 24 matçda 15 qol vurub, 15 məhsuldar ötürmə verib. Onun klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən intizamsız futbolçuları

Növbəti yazı

NBA tarixində ikinci