Mbappedən daha bir rekord

Mbappedən daha bir rekord

PSJ-nin hücumçusu Kilian Mbappe daha bir uğura imza atıb. O, klubun Fransa Kubokunda bombardiri olub.

25 yaşlı forvard 30-cu qoluna imza atıb. Milli komandanın üzvü bu göstəriciyə görə 28 qol vuran Fransua Mpeleni geridə qoyub.

Parislilər 6-cı divizionda çıxış edən “Revel”lə qarşılaşıb. Görüş PSJ-nin 9:0 hesablı qələbəsi ilə nəticələnib. Kilian Mbappe qarşılaşmada het-trik edərək turnirdə qollarının sayını 30-a çatdırıb.

ETOPAZ

Əvvəlki yazı

Tomas Tuxel: “Qışda transferlərin necə çətin olduğunu bilirəm”

Növbəti yazı

Karvalyo “Hall Siti” yolunda