Mbappe: “Yığmadan getməyə hazıram”

Mbappe: “Yığmadan getməyə hazıram”

PSJ-nin futbolçusu Killian Mbappe milli karyerasını bitirə bilər. Bunu Fransa yığmasının hücumçusu açıqlayıb. 22 yaşlı ulduz milli komanda naminə bu addımı atmağa hazırdır:

“Fransa yığmasında oynadığım üçün heç vaxt bir avro da almamışam. Həmişə də öz yığmamda havayı oynayacağam. Amma ilk növbədə problem yaratmaq istəməmişəm. Bir anda hiss etdim ki, komanda üçün problemə çevrilmişəm. Bunu digərləri də hiss edirdi. Mənim həddən artıq çox şey istədiyim, bunun məğlubiyyətə səbəb olması, yığmanın mənsiz daha artığına nail ola biləcəyi deyilirdi. Ən vacib olan Fransa yığmasıdır. Əgər milli mənsiz xoşbəxt olacaqsa, yığmadan getməyə hazıram. Federasiya prezidenti Noel Le Qre ilə bunu müzakirə etmişik. İsveçrə ilə görüşdə vurulmayan penaltiyə görə insanların mənə “meymun” deməsindən narazılığımı bildirmişəm. Amma vurulmayan penaltinin mənim günahım olduğunu inkar etmirəm”.

ETOPAZ

Əvvəlki yazı

“Atlanta”nın lideri zədələndi

Növbəti yazı

CAR klublararası dünya çempionatını keçirməkdən imtina etdi