Mbappe milliyə yollanmayacaq
“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin oktyabrda keçiriləcək təlim-məşq toplanışına çağırılmayacaq. O, yığmanın futbolçuları siyahısında olmayacaq.
Baş məşqçi Didye Deşam “Real”la razılaşaraq forvardı komandaya dəvət etməyəcək. Kapitan Madriddə qalacaq və formasını bərpa etməyə çalışacaq.