Neymar “Barselona” yolunda
“Əl Hilal”da ayrılıq yaşanmağa yaxındır. Komandanın futbolçusu Neymar “Barselona”ya qayıda bilər.
ataloniya təmsilçisi klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan braziliyalını azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. “Barselona” yanvarda 32 yaşlı oyunçu ilə müqavilə imzalamağa çalışacaq.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın şərəfini qoruyub. Braziliya millisinin üzvü ötən ilin yayında “Əl Hilal”a keçib.