Mbappe Messini geridə qoydu

Mbappe Messini geridə qoydu

Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”la keçirilən oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verən forvard turnirdəki ümumi top sayını 40-a çatdırıb.

Fransa millisinin üzvü buna 23 yaş 10 ay 13 günlüyündə nail olub. Mbappe bu göstərici ilə 24 yaş 4 ay 8 günündə ÇL-də 40-cı topunu vuran komanda yoldaşı Lionel Messinin rekordunu yeniləyib. 

ETOPAZ

Əvvəlki yazı

Emreli oynadı, “Dinamo” “Çelsi”yə məğlub oldu

Növbəti yazı

Ançelottidən rekord