“Mayami” üçün üç hücumçu
“Mayami”nin oyunçu dəyişiklikləri dövründə heyətinə qatmaq istədiyi basketbolçular müəyyənləşib. Hücumçular Rui Hatimura (“Vaşinqton”), Pi Cey Vaşinqton (“Şarlott”) və Nikola Batyum (“Klippers”) “Hit”in siyahısında yer alıb.
23 yaşlı Hatimura cari mövsümdə 7,5 xal və 3,7 ribaunda imza atıb. Onun həmyaşıdı olan Vaşinqtonun hesabında 9,9 xal və 5,3 ribaund var. 33 yaşlı Batyuim isə 9,1 xal və 4,5 ribaundun müəllifidir.