Mats Hummels “Roma”da

Mats Hummels “Roma”da

“Roma” klubu növbəti transferini reallaşdırıb. “Canavarlar” Mats Hummelsi heyətinə qatıb.

Bunu A Seriyası təmsilçisinin mətbuat xidməti açıqlayıb. 35 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb. Hummels “Roma”da 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, almaniyalı müdafiəçinin son klubu iyul ayında ayrıldığı Dortmund “Borussiya”sı olub.

ETOPAZ

Əvvəlki yazı

Emin Mahmudov: “Qalib gəlmək istəyirik”

Növbəti yazı

“Qəbələ”dən növbəti transfer