“Masters” tarixinin ən uzun finalı
Sinsinattidə təşkil olunan “Masters” turniri başa çatıb. Kişilərin final matçında Novak Cokoviç və Karlos Alkaras üz-üzə gəlib.
Dünyanın ikinci raketkası olan serbiyalı reytinqin liderini məğlub edib – 5:7, 7:6 (9:7), 7:6 (7:4). Bununla da Novak turnirin qalibi olub.
Qarşılaşma 3 saat 49 dəqiqə çəkib. Bu, “Masters” turnirləri tarixində ən uzun finaldır.