Masazırda məhsuldar sülh, “Neftçi” uduzdu

Masazırda məhsuldar sülh, “Neftçi” uduzdu

Azərbaycan Premyer Liqasında X tura start verilib. “Zəfər turu”nun ilk günündə iki oyun keçirilib.

“Sabah” Masazırda “Zirə” ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda məhsuldar heç-heçə qeydə alınıb. Qonaqların hər üç qoluna imza atan Davit Volkov mövsümün ilk het-trikinin müəllifi olub.

Son çempion “Neftçi” “Keşlə”nin qonağı olub. Meydan sahibləri iki top fərqi ilə geri düşsələr də əzmkar qələbə qazanıblar – 3:2. “Neftçi” ardıcıl ikinci məğlubiyyətini alıbsa, iki turluq xal həsrətinə son qoyan “Keşlə” 6-cı pilləyə yüksəlib.

Xatırladaq ki, tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

A seriyasında istefa

Növbəti yazı

“Bavariya”dan 100-cü qol: Rekorda bir top qaldı