Masazırda bərabərlik
Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir. “Sabah” “Kəpəz”i qəbul edib.
Matç qarşılıqlı hücumlarla başlayıb. Hesab erkən açılıb. Abdullahi Şuaybu qapıçının səhvini bağışlamayıb. Meydan sahiblərinin buna cavabı gecikməyib. Con İrasabal hesabda tarazlıq yaradıb. İkinci yarıya “bayquşlar” fəal başlayıb. Boyan Letiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Lakin qonaqlar daha bir dəfə fərqlənib. Giorgi Papunaşvili cərimə zərbəsindən topu qapıdan keçirib – 2:2.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.