Martines 3 illik müqaviləyə razılıq verdi

Martines 3 illik müqaviləyə razılıq verdi

İtaliya “İnter”i futbolçusu Lautaro Martineslə yeni müqaviləni razılaşdırıb. Argentinalı hücumçu A seriyası təmsilçisinin şərtlərini qəbul edib.

Yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Burada futbolçunun komandadan ayrılması üçün tələb olunan məbləğ qeyd edilməyəcək.

24 yaşlı forvardın indiki müqaviləsi 2023-cü ilin iyunun 30-da başa çatır. Yeni anlaşma ilə Martines daha üç il Milan təmsilçisində qalacaq.

Xatırladaq ki, Martines cari mövsümün 4 oyununda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Messi üçün 41 milyonluq malikanə

Növbəti yazı

“Aston Villa”nın futbolçusu milliləşdirilir