Marsial “Mançester Yunayted”i tərk edir
“Mançester Yunayted” Antoni Marsialla bağlı qərarını açıqlayıb. “Qırmızı şeytanlar” onunla yeni müqavilə imzalamağı planlaşdırmır.
28 yaşlı forvard bu yay azad agent kimi istədiyi komanda ilə anlaşma imzalaya biləcək. O, 2015-ci ilin sentyabr ayından “Mançester Yunayted”in şərəfini qoruyur.