Marselonun debütü “Qarabağ”a qarşı ola bilər

Marselonun debütü “Qarabağ”a qarşı ola bilər

“Olimpiakos”un yeni transferi Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la oyunda debüt edə bilər. Baş məşqçi Miçel braziliyalı ulduz futbolçunu Pireydə baş tutacaq görüşdə ilk dəfə meydana buraxmağı planlaşdırır.

34 yaşlı müdafiəçinin məşqlərdə gündən-günə forma yığması ispaniyalı çalışdırıcını sevindirir. Ancaq onun oktyabrın 2-də ölkə çempionatında “Atromitos”la matça hazır olması gözlənilmir. Marselo böyük ehtimalla Azərbaycan çempionu ilə qarşılaşmada ilk dəfə “Olimpiakos” formasını geyinəcək. Baş məşqçi oyunun gedişindən asılı olaraq ikinci hissədə onu meydana buraxmağı düşünür.

ETOPAZ

Əvvəlki yazı

Cey Krauderə dörd namizəd

Növbəti yazı

“El-Klasiko”nun tarixi müəyyənləşdi