“Marsel”də yeni müqavilə
“Marsel” Leonardo Balerdi ilə bağlı qərarını verib. Klub ona yeni müqavilə təklif edib.
Futbolçunun klubla mümkün yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulacaq. Şayiələrə görə, argentinalı oyunçu ilə “Atletiko Madrid” də yaxından maraqlanır. Fransa təmsilçisi top klubdan təklif gələcəyi təqdirdə, futbolçusunu heyətdə saxlaya bilməyəcəyini bilir.