“Marsel”də gərginlik

“Marsel”də gərginlik

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşan “Marsel”in futbolçusu Arkadiuş Miliklə baş məşqçi Xorxe Sampaoli arasında gərginlik davam edir. Polşalı hücumçu “Qarabağ”la görüşdə (3:1) əvəzlənməsinə etiraz edib. Oyunda dubl edən forvard 68-ci dəqiqədə meydan tərk edərkən əsəbindən su qabını vurub.  

Oyundan sonra keçirilən mətbuat konfransında Sampaoli bu mövsüm avrokuboklarda 6 qol vuran Milikin onun qərarına etiraz etməsinə münasibət bildirib:

“Mən Milikin əvəzlənəndən sonra nə etdiyini görmədim. Məni maraqlandıran onun oynadığı dəqiqələrdir. Xüsusilə bazar günü çempionatda vacib oyunumuz olduğundan əvvəlcədən planlaşdırılan dəyişikliklər var idi.  Mənim Miliklə münasibətim digər oyunçularla olduğu kimidir”.

Qeyd edək ki, Milik Fransa çempionatının son turunda “Mets”lə keçirilən görüşdən sonra verdiyi açıqlamasında baş məşqçisini tənqid edərək onun verdiyi qərarları anlamadığını demişdi.

ETOPAZ

Əvvəlki yazı

Maksim Medvedev rekorda şərik çıxdı

Növbəti yazı

“Qarabağ”a qarşı dubl edən oyunçu ən yaxşı adına namizəd oldu