Marseldə daha bir ulduz
Marseldə keçiriləcək ATP-250 seriyalı turnirin daha bir ulduz iştirakçısı dəqiqləşib. Dünyanın 5-ci raketkası Andrey Rublyov yarışa qatılacağını təsdiqləyib.
O, 2022-ci il fevralın 14-20-də baş tutacaq turnirdə qüvvəsini sınayacaq. Andreyin rəqibləri arasında Stefanos Tsitsipas, Hubert Hurkaç, Yannik Sinner və Feliks Oje-Alyassim kimi ulduz tennisçilər də yer alıb.
Xatırladaq ki, Marseldəki turnirin son qalibi rusiyalı Daniil Medvedev olub.