“Marsel” azarkeşlərinə qadağa qoyuldu

“Marsel” azarkeşlərinə qadağa qoyuldu

Fransanın “Marsel” klubunun azarkeşlərinə qadağa qoyulub. Klubun fanatları Liqa1-in “Lill”ə qarşı matçında iştirak edə bilməyəcək.

Bu barədə qərarı ölkənin Daxili İşlər Nazirliyi verib. Azarkeşlər fərdi və ya kollektiv şəkildə IX turun görüşündə iştirak edə bilməyəcək.

Buna “Marsel” tərəfdarlarının son matçlardakı davranışları səbəb olub. Onlar Liqa1-in VII turunda “Anje” və Çempionlar Liqasının II turunun “Qalatasaray”la görüşlərində (hər ikisi 0:0) qalmaqal yaradıblar.

Xatırladaq ki, “Lill” – “Marsel” matçı oktyabrın 3-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Dibala millidən kənar qaldı

Növbəti yazı

“Leykers” “Bruklin”lə ulduzlarsız oynayacaq