Markez “Barselona”nı çalışdırmaq istəyir

Markez “Barselona”nı çalışdırmaq istəyir

“Barselona Atletik”in baş məşqçisi Rafael Markez komandanı tərk edə bilər. Onun “Barselona”ya rəhbərlik etmək ehtimalı var.

Mütəxəssis yayda Xavinin gedişindən sonra özünü kataloniyalıların sükanı arxasına keçməyə hazır hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb:

“Kim “Barselona”nın baş məşqçisi olmaq istəməz ki? Hazırlığıma davam edəcəm. Bu, mənim məşqçi kimi yalnız ikinci mövsümümdür. Direktorlar şurasının çempionatın sonuna qədər diqqətlə düşünməyə vaxtı olacaq. Bu fürsətdən imtina edə bilməzsiz”.

ETOPAZ

Əvvəlki yazı

Saşa Boy “Bavariya”da

Növbəti yazı

Fekirə iki müştəri