Maquayr ən yaxşı seçildi
Premyer Liqada noyabrın oyunçusu bəlli olub. Bu ada “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr nail görülüb.
O, Ceremi Doku (Mançester Siti), Entoni Qordon (Nyukasl), Tomas Kaminski (Luton), Rəhim Sterlinq (Çelsi) və Markus Taveri (Bornmut) geridə qoyub. Noyabrda Maquayr Premyer Liqada “Mançester Yunayted”in 3 oyununda iştirak edib.