Manqala “Lion”da

Manqala “Lion”da

“Lion” heyətinə yeni futbolçu cəlb edib. “Nottingem Forest”in yarımmüdafiəçisi Orel Manqala fransız klubuna keçib.

Belçika millisinin üzvü mövsümün sonuna kimi icarə əsasında fransız klubunun şərəfini qoruyacaq. “Lion” orta xətt oyunçusunun yarım illik icarəsinə görə qarşı tərəfə 10 milyon funt sterlinq ödəməyə razı olub. Fransa klubu futbolçunu daimi əsasda heyətə cəlb etmək istəyərsə isə, bu zaman 15 milyonundan keçməli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov 400-ə çatdı

Növbəti yazı

“Qalatasaray”dan “Betis”ə