Mane İngiltərəyə dönür?
“Bavariya”nın hücumçusu Sadio Mane komandanı tərk etməyə yaxındır. O, karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
31 yaşlı seneqallının xidmətində “Nyukasl” maraqlıdır. Çempionlar Liqasına vəsiqə qazanan “sağsağanlar” hücum xəttini gücləndirmək niyyətindədir. “Bavariya”nın futbolçunu bu yay satmaq istədiyi bildirilir.