Mançini də “Mançester Yunayted”i çalışdırmaqdan imtina etdi

Mançini də “Mançester Yunayted”i çalışdırmaqdan imtina etdi

“Mançester Yunayted”in baş məşqçi postuna gətirmək istədiyi daha bir mütəxəssis İngiltərə klubunun “sükanı arxası”na keçməkdən imtina edib. İtaliya yığmasının çalışdırıcısı Roberto Mançini Premyer Liqa təmsilçisinin təklifini geri çevirib.

Mütəxəssis bunu millini DÇ-2022-nin final mərhələsinə daşımağa borclu olması ilə əsaslandırıb. Mançini Zinəddin Zidandan sonra “Mançester Yunayted”i çalışdırmaqdan boyun qaçıran ikinci məşqçidir.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra komandaya müvəqqəti Maykl Karrik başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Benzemaya 1 illik şərti həbs cəzası

Növbəti yazı

37 milyonçu