“Mançester Yunayted”in qiyməti açıqlanıb

“Mançester Yunayted”in qiyməti açıqlanıb

Mançester Yunayted” klubunun sahibi olan Coel və Avram Qleyzer qardaşları 10 milyard dollar qarşılığında komandanın satışına açıq olduqlarını bildiriblər.

Bu məlumatı “Daily Star” yayıb. Aleks Fergüssonun “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən kənarlaşmasından sonra komandanın ciddi uğur qazanmamasına baxmayaraq, amerikalı sahiblər komandanı satmaq istəmirlər. Ancaq  10 milyard dollardan çox təklif alacaqları zaman onlar klubu satmaq üçün danışıqlara başlayacaqlar.

Belə bir təklif gəlsə və razılığın olacağı təqdirdə “Mançester Yunayted” dünyanın ən dəyərli idman komandasına çevriləcək. Hal-hazırda rekord 8 milyard dollar dəyəri olan NFL komandası “Dallas Kovboys”dur.

Xatırladaq ki, Qleyzer qardaşları 2005-ci ildə “Mançester Yunayted”i təxminən 800 milyon dollara  alıblar.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.10.2022

Növbəti yazı

Anxelin durumuna aydınlıq gəlib