Sürpriz kupon – 14.10.2022
Valekano – Hetafe 1
“Valekano” bu rəqiblə evdə keçirdiyi son 7 oyundan 5-ini uduzmayıb. Ümumiyyətlə, meydan sahiblərinə “doğma divarlar” ciddi kömək olur.
Ötən il də Primera matçında “Valekano” “Hetafe”ni 3:0 udub.
Oyunun favoritin qələbəsinə mərc etmək olar.
Strasburq – Lill 2
“Strasburq” bu mövsüm keçirdiyi 10 matçda cəmi 1 qələbə qazanıb. Parlaq oyunu ilə seçilməyən strasburqluların bu qarşılaşmada da perspektivi dumanlı görünür. Avrokuboklar uğrunda mübarizə aparan qonaqların elitadakı yerini qorumağa çalışan meydan sahibləri ilə müqayisədə uğur qazanmaq şansı daha çoxdu.
Alanyaspor – Antalyaspor 1
Hər iki komanda mövsümə uğursuz start verib. “Alanyaspor”un rəqibindən cüzi üstünlüyü var. Meydan sahibləri 4 oyunluq məğlubiyyət seriyasını yalnız ötən turdakı heç-heçə ilə qıran qonaqlardan bir az yaxşı təsir bağışlayır. Azarkeş dəstəyini də nəzərə alsaq bu oyunda qələbə qazanacaqlarına mərc etmək olar.