“Mançester Yunayted”in oyunu təxirə salındı
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. Bunu yarışın təşkilatçıları açıqlayıb. XVII turun “Brentford” və “Mançester Yunayted” arasında matçı qeyri-müəyyən müddətə təxirə düşüb.
Buna Mançester təmsilçisindəki koronavirusa yoluxanların sayının artması səbəb olub. Klub rəhbərliyi məşq bazasını bir sutkalıq bağlayıb. Testi müsbət nəticələnənlər təcrid olunublar.
Ümumilikdə isə Premyer Liqada son bir həftədə 42 yoluxma qeydə alınıb. Bu, ən yüksək göstəricidir.