“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi müəyyənləşdi
İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisi Ralf Ranqniklə razılığa gəlib.
Hazırda Rusiyada Moskva “Lokomotiv”inin idman və inkişaf departamentinin rəhbəri olan 63 yaşlı almaniyalı mövsümün sonuna qədər “Mançester Yunayted”i çalışdıracaq.
O, komandanın müvəqqəti baş məşqçisi olacaq. Ranqnik sonrakı iki il ərzində də klubda çalışacaq.
Qeyd edək ki, almaniyalı mütəxəssis karyerası ərzində “Ştutqart”, “Şalke”, “Hoffenyam”, “Hannover” və “Leyptsiq” klublarının baş məşqçisi olub.