“Mançester Yunayted”in baş məşqçi planı

“Mançester Yunayted”in baş məşqçi planı

“Mançester Yunayted” aprelin sonuna kimi yeni baş məşqçi seçmək istəyir. İngiltərə klubu o zamana qədər yeni çalışdırıcısının adını açıqlaya biləcəyinə ümid edir.

Çox güman ki, “Yunayted”in seçəcəyi mütəxəssis bu nöqtədə hələ də başqa klubda çalışacaq. “Qırmızı şeytanlar”ın planına görə, bu erkən təyinat mütəxəssisə transfer pəncərəsi hazırlıqlarında iştirak etməyə imkan verəcək. Klubun fikrincə, qeyri-müəyyənlik olarsa, bu, 2022/23 mövsümündə transferlərə, müqavilə danışıqlarına və nəticələrə mənfi təsir göstərəcək.

Baş məşqçi postuna əsas namizədlər Maurisio Poçettino (PSJ) və Erik ten Haqdır (“Ayaks”). Bundan əlavə, “Mançester Yunayted” Tomas Tuxelin “Çelsi”dəki vəziyyətini izləyir.

ETOPAZ

Əvvəlki yazı

İlk komanda “Orlando” oldu

Növbəti yazı

Popoviçdən mövsümün rekordu