“Mançester Yunayted”dən yeni təklif

“Mançester Yunayted”dən yeni təklif

“Mançester Yunayted” futbolçusu Dioqo Dalotla bağlı qərarını verib. İngiltərə klubu sağ cinah müdafiəçisini heyətində saxlamaq niyyətindədir.

Portuqaliyalı futbolçuya yeni müqavilə təklif olunacaq. Premyer Liqa təmsilçisi Dalotla 1 illik anlaşma imzalamaq fikrindədir.

Bu addım 23 yaşlı oyunçunun gələn ilin yayında klubu tərk etməməsi üçün atılacaq. “Barselona” və digər klublar Dalotun xidmətində maraqlıdır.

Qeyd edək ki, 2018-ci ildə Mançester klubuna keçən müdafiəçi cari mövsüm 12 oyunda 2 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Aston Villa”da yeni sözləşmə

Növbəti yazı

“Lans”da yeni müqavilə