“Mançester Yunayted”də ciddi itki
“Mançester Yunayted”də daha bir itki baş verib. Yarımmüdafiəçi Meyson Maunt baldırından zədə alıb.
Həkimlər İngiltərə millisinin də şərəfini qoruyan 24 yaşlı futbolçunun ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının son iki turu, həmçinin dekabrın 6-da keçmiş komandası “Çelsi” ilə oyun da daxil olmaqla bir sıra vacib matçları buraxmalı olacaq.