“Mançester Yunayted” və “Sportinq” mübarizəni dayandırdı

“Mançester Yunayted” və “Sportinq” mübarizəni dayandırdı

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab matçlarından sonra yarımfinalçıların adına aydınlıq gəlib.

“Roma” “Feyenoord”u qəbul edib. İlk oyunda 0:1 hesabı ilə uduzan italiyalılar qələbə qazanıb – 2:1. Əlavə vaxtda daha 2 qol vuran “canavarlar” növbəti mərhələyə yüksəlib – 4:1.

“Sevilya” “Mançester Yunayted”lə qarşılaşıb. 2:2-lik heç-heçənin revanşında ispaniyalılar sevinib. Komanda 3:0 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb.

“Sportinq” “Yuventus”la üz-üzə gəlib. Görüş bərabərliklə nəticələnib – 1:1. İlk matçda qələbə minimalhesablı qələbə qazanan turinlilər son 4-lükdəki yerini təmin edib.

Belçika “Yunion”u “Bayern”i sınağa çəkib. Qonaqlar böyükhesablı qələbə qazanıb – 4:1. İlk oyunda heç-heçə qeydə alındığından (1:1) almaniyalılar yoluna davam edib.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

Növbəti yazı

Rabyo və onun üç rəqibi