“Mançester Yunayted” Mülleri istəyir
“Mançester Yunayted” hücum xəttini gücləndirmək niyyətindədir. Klub “Bavariya”nın futbolçusu Tomas Müllerlə maraqlanır.
İngiltərə təmsilçisi 34 yaşlı yarımmüdafiəçi “Bavariya” ilə yeni müqavilə ilə razılaşmasa, ona sözləşmə təklif etməyi planlaşdırır. Komandanın baş məşqçisi Erik ten Haq Tomasın böyük pərəstişkarıdır. Çalışdırıcı futbolçunun təcrübəsinin “Mançester Yunayted”ə kömək edəcəyinə inanır.