“Mançester Yunayted” Mauntla razılığa gəldi
“Çelsi”nin futbolçusu Meyson Maunt “Mançester Yunayted”ə keçəcək.
24 yaşlı ingiltərəli yarımmüdafiəçi “qırmızı şeytanlar”la razılığa gəlib.
Tərəflər yaxın müddətdə müqavilə imzalayacaq. Onun keçidini Mançester təmsilçisinin baş məşqçisi Erik Ten Haq istəyib.
Meyson başa çatan mövsümdə Premyer Liqanın 24 oyununda 3 qol vurub.