“Mançester Siti”nin xərcləri

“Mançester Siti”nin xərcləri

“Böyük beşlik”də son 10 mövsümdə transferlərə ən çox pul xərcləyən klublar bəlli olub. Cədvələ “Mançester Siti” başçılıq edir.

Premyer Liqa klubu bu dövrdə 1 milyard 699 milyon avroluq futbolçu alıb. “Barselona”nın ikinci olduğu siyahıda “Çelsi” üçüncüdür.

“Onluq”da İngiltərə 4 klubla təmsil olunub. İspaniyanın 3, İtaliyanın 2 klubunun yer aldığı cədvələ Fransadan PSJ də düşüb.

Transferlərə ən çox xərcləyən 10 klub (milyon avro ilə)

1. “Mançester Siti” – 1699

2. “Barselona” – 1630

3. “Çelsi” – 1614

4. “Mançester Yunayted” – 1545

5. “Yuventus” – 1542

6. PSJ – 1445

7. “Real” – 1163

8. “Liverpul” – 1128

9. “Atletiko” – 1101

10. “İnter” – 1058

ETOPAZ

Əvvəlki yazı

Şventek 4 pillə gerilədi

Növbəti yazı

Mbappe “Real”la oyunları gözləyir