“Mançester Siti”nin seriyası başa çatdı

“Mançester Siti”nin seriyası başa çatdı

“Mançester Siti”nin seriyası başa çatıb. “Şəhərlilər” 57 oyundan sonra öz meydanında fərqlənə bilməyiblər.

Pep Qvadiolanın yetirmələri sonuncu dəfə 754 gün əvvəl “Etihad Stadium”da qol vura bilməmişdi. Komanda Çempionlar Liqasında “Sportinq”lə (Portuqaliya) matçda sevinməmişdi.

Qeyd edək ki, “Mançester Siti” öz meydanında “Arsenal”ın müqavimətini qıra bilməyib – 0:0. Hesabında 64 xal olan İngiltərə çempionu “Liverpul”dan 3 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Evdə 30-cu məğlubiyyət

Növbəti yazı

“Flamenqo” dünya futbolu tarixinə düşdü