“Mançester Siti”də ciddi itkilər

“Mançester Siti”də ciddi itkilər

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə oyununda (0:0) “Manchester Siti” 3 futbolçusunu itirib. Belə ki, onlardan 2-si zədələnib, 1-i isə cəzalı duruma düşüb.

Kevin de Brüyne zədə səbəbiylə 65-ci dəqiqədə meydanı tərk edib. 8 dəqiqədən sonra isə ayağında ağrılar hiss edən Kayle Volker əvəz edilib.

Çempionlar Liqasının yarımfinalında “şəhərlilər” “Real” ilə görüşəcək. Komandanın oyuna çıxmayacağı dəqiqləşən üzvü də var. Jo Kanselo sarı vərəqə limitinə düşüb. O, matçı buraxmalı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” “Mançester Yunayted”ə çatdı

Növbəti yazı

Qvardiola rekordçudur