“Mançester Siti”dən rekord

“Mançester Siti”dən rekord

“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə ilk oyununda 3:1 hesablı qələbə qazanıb. Bununla da, ingiltərəlilər turnirin yeni rekorduna imza atıb.

“Şəhərlilər” ardıcıl 7-ci matçda üç və ya daha çox qol vurub. Pep Qvardiolanın yetirmələri bunadək qrupdakı bütün görüşlərdə də “3+” qola seviniblər. Mançester təmsilçisi “Leypsiq”i 3:1, 3:2, “Srvena Zvezda”nı 3:1, 3:2, “Yanq Boyz”u 3:1 və 3:0 hesabı ilə məğlub edib. Bunadək heç bir komanda Çempionlar Liqasında belə məhsuldarlıq göstərməyib.

ETOPAZ

Əvvəlki yazı

Favoritlər itkisiz davam edir

Növbəti yazı

Foden ilk ingiltərəli oldu