“Mançester Siti”dən rekord
İngiltərə Premyer Liqasında klubların ötən mövsüm üçün əldə etdiyi qonorarların məbləği bəlli olub. “Mançester Siti” hamıdan çox vəsait əldə edib.
“Şəhərlilər” çempion olduğu mövsüm üçün 176,2 milyon funt sterlinq alıb. Bu, rekord məbləğdir. Mançesterlilər bir il əvvəlkindən 15 faiz çox qazanıb.
“Arsenal” 172,2, “Mançester Yunayted” 168,3 milyona sahib olub. Sonuncu yeri tutan “Sauthempton”un Premyer Liqada iştirakdan gəliri 103,6 milyon təşkil edib.