“Mançester Siti”dən Fati transferi üçün ilk addım

“Mançester Siti”dən Fati transferi üçün ilk addım

İngiltərənin “Mançester Siti” klubu Ansu Fatini transfer etmək istəyir. Pep Qvardiola “Barselona”nın gənc ulduzunu komandasına qatmaq arzusundadır.

Premyer Liqa klubu 18 yaşlı oyunçunun keçidi ilə bağlı ilk addımı atıb. Mançesterlilərin nümayəndələri Fatinin agenti Jorje Mendeşlə təmasa keçib.

Ansunun “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Anlaşmada sonradan 2 il müddətinə uzadılmaq şərti də yer alıb.

ETOPAZ

Əvvəlki yazı

Avropanın ən yaxşı 10 liqası

Növbəti yazı

Çempion yenidən finalda