“Mançester Siti”də itki
İngiltərənin “Mançester Siti” klubu itki ilə üzləşib. İlkay Gündoğan oktyabrın ortalarına qədər Premyer Liqa klubuna kömək edə bilməyəcək.
Buna almaniyalı yarımmüdafiəçinin zədəsi səbəb olub. O, yalnız milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Mançester təmsilçisinə qoşulacaq.
Xatırladaq ki, İlkay cari mövsümün 7 oyununda bir qol vurub.